MENU

“Əczaçılıq Biznesinin İnkişafı” adlı forum keçirildi

Sosial şəbəkələrdə paylaş

09.03.2023 tarixdə “Əczaçılar Klubu” ictimai birliyinin təşkilatçılığı və KOBİA nın dəstəyi ilə “Əczaçılıq Biznesinin İnkişafı” adlı forum keçirildi. Tədbirdə həm dövlət, həm də özəl qurumların nümayəndələri iştirak edirdilər. “Əczaçılar Klubu” ictimai birliyinin sədri Şövqi Bunyatov giriş nitqi ilə çıxış edərək forumda müzakirə olunacaq mövzular haqqında məlumat verdi. Qarşılıqlı sual cavab və müzakirələr şəklində keçən tədbir bir daha göstərdi ki, həm qanunvericilikdə, həm də icra mexanizmində hələ də boşluqlar mövcuddur. “Qiymət siyasəti”, “Yerli istehsalın inkişafı”, “Bioloji fəallığa malik qida əlavələri” kimi aktual mövzular panel çıxışlar şəklində bir daha müzakirə olundu.

Read Previous

“Əczaçılar Klubu” ictimai birliyi Gəncə şəhərində iftar süfrəsi vermişdir.

Read Next

“Avicenna” jurnalının ilk sayının təqdimat mərasimi keçirilib