MENU

“Avicenna” jurnalının ilk sayının təqdimat mərasimi keçirilib

Sosial şəbəkələrdə paylaş

17 Mart 2023-cü ildə “Əczaçılar Klubu” İctimai Birliyinin orqanı olan ” Avicenna” jurnalının ilk sayının təqdimat mərasimi keçirilib. Təqdimatda “Əczaçılar Klubu” İB-nin sədri və ” Avicenna” jurnalının baş redaktoru Şövqi Bunyatov qonaqları salamlayaraq onlara jurnal haqqında məlumat verib. O bildirib ki, 60 səhifədən ibarət olan “#Avicenna” jurnalının ildə 4 dəfə nəşr edilməsi nəzərdə tutulub. Jurnalda əsasən, səhiyyə, əczaçılıq və dərman sahəsinin mövcud vəziyyəti, həmçinin inkişafı ilə bağlı yazılar, Azərbaycanda və xaricdə fəaliyyət göstərən əczaçılara aid yazılar, məqalə və müsahibələr yer alıb. Jurnalda əczaçılarla yanaşı, həmçinin şəhid övladlarının, Qarabağ qazilərinin və Azərbaycan #Tİbb #Universitetinin #Əczaçılıq fakültəsinin tələbələrinə də yer ayrılıb. “Bizimlə yazmağa varmısınız”? rubrikası da məhz bu baxımdan yaradılıb. Bundan başqa, jurnalda 44 günlük Qarabağ  müharibəsində iştirak etmiş həkim və əczaçılardan götürülmüş müsahibələrlə tanış olmaq mümkündür.O cümlədən qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə, “#ƏczaçılarKlubu” İB-nin iştirakı ilə yaradılmış “#QardaşKöməyi” Platformu haqqında məlumatlar da yerləşdirilib.Böyük bir kollektivin əməyinin məhsulu olan “Avicenna” jurnalının oxucuların rəğbətini qazanacağına ümid edirik və jurnalı sizlərin ixtiyarına buraxırıq. Təqdimat mərasimində  əczaçılar,həkimlər, tələbələr, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər. Çıxış edən qonaqlar “Avicenna” jurnalının ölkəmiz üçün əhəmiyyətindən danışaraq jurnalın kollektivinə uğurlar arzulayıblar.

Read Previous

“Əczaçılıq Biznesinin İnkişafı” adlı forum keçirildi

Read Next

Rəqəmlərlə Səhiyyə