Sosial şəbəkələrdə paylaş
Tədbirdə Gəncədə fəaliyyət göstərən əczaçılar və aptek rəhbərləri həmçinin Azərbaycan Dövlət Aqrar universitetinin, Gəncə Tibb kollecinin rəhbərliyi və müəllim heyəti, o cümlədən “Əczaçılar Klubu” ictimai birliyi ilə əməkdaşlıq edən şirkətlərin nümayəndələri iştirak edirdilər. “Əczaçılar Klubu” ictimai birliyinin sədri Şövqi Bunyatov gələn qonaqları salamlayaraq təşkilatın fəaliyyəti haqqında, o cümlədən ilk nüsxəsi çapdan çıxmış AVİCENNA jurnalı haqqında məlumat verdi. Tədbirdə o cümlədən ADAU nin prorektoru, kafedra müdiri və digər qonaqlar çıxışlar etdilər.