MENU

“Əczaçılar Klubu” İctimai Birliyinin Təqdimatı

Sosial şəbəkələrdə paylaş

Əczaçılar Klubu” ictimai birliyi bir qrup əczaçı tərəfindən təsis edilib və 2019-cu il aprelin 4-də dövlət qeydiyyatına alınıb. Təşkilatın 7 nəfərdən ibarət İdarə Heyəti formalaşıb və İdarə Heyətinin sədri Şövqi Bunyatovdur. “Əczaçılar Klubu” ictimai birliyində 6 komissiya fəaliyyət göstərir. Bu komissiyaların əsas vəzifəsi ölkədə fəaliyyət göstərən dövlət və özəl qurumlarla, o cümlədən əczaçılarla birgə işləmək və müxtəlif layihələri həyata keçirməkdir. İdxalçı şirkətlərlə iş komissiyası bu istiqamətdə artıq bir neçə dəyirmi masa, görüşlər həyata keçirmiş və layihələr müzakirə etmişdir. Yerli istehsalçı şirkətlərlə iş komissiyası demək olar ki, ölkədə fəaliyyət göstərən istehsalçı şirkətlərin əksəriyyətinin istehsal müəssisələrində olmuş, onlarla qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalamışdır. Təlim-tədris komissiyası təlimlərlə bağlı artıq bir neçə layihəni həyata keçirmişdir. Belə ki, həm tibb müəssisələri, həm də şirkətlərlə müxtəlif mövzularda təlimlər keçirilmişdir. Bu təlimlər Respublikanın böyük şəhərləri ilə bərabər digər rayonlarda da aparılır. Əczaçılarla iş komissiyası artıq 3 ildir ki, fəaliyyət göstərir. Ölkədə 68 nümayəndəlik fəaliyyət göstərir ki, bu koordinatorlar vasitəsilə sektorun yenilikləri, problemləri haqqında tez bir zamanda bütün əczaçıları məlumatlandırmaq olur. Aptek müəssisələrinin sahibləri ilə iş komissiyası əsasən aptek müəssisələrinin qarşılaşdığı çətinliklərlə məşğul olur. Eyni zamanda onların da təlimlərdə iştirakı, böyük konfrans və dəyirmi masalarda görüşləri təşkil olunur. Mətbuatla iş komissiyası öz layihələri ilə bərabər, həm də digər komissiyaların işlərinin mətbuatda işıqlandırılması missiyasını da həyata keçirir. Bu komissiyalardan əlavə təşkilatda bir neçə şöbələr də fəaliyyət göstərir. Bunlardan yerli QHT-lərlə iş şöbəsi, xarici QHT-lərlə iş şöbəsi, dövlət qurumları ilə iş şöbəsi, tədbirlərlə bağlı şöbə və s. misal göstərmək olar.

“Əczaçılar Klubu” ictimai birliyinin yaradılmasında məqsəd ölkədə əczaçılığın inkişafına dəstək olmaq, dövlət tərəfindən verilən sərəncam və əmrlərin yerinə yetirilməsində vətəndaş cəmiyyəti olaraq öz töhfəsini verməkdir.

Məlum olduğu üzrə, COVID-19 pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox qadağalar yaratdı. Buna baxmayaraq, “Əczaçılar Klubu” İB qanunlar çərçivəsində öz fəaliyyətini davam etdirdi.

İlk dəfə olaraq 2019-cu ildə sentyabrın 25-də rəsmi şəkildə Azərbaycanda Beynəlxalq Əczaçı gününü də məhz “Əczaçılar Klubu” ictimai birliyi qeyd etdi və bu ənənə şəklini alaraq hər il davam edir. Ölkə əczaçılarının davamlı olaraq Respublika konfranslarının keçirilməsi də “Əczaçılar Klubu” ictimai birliyinin adı ilə bağlıdır.

Pandemiyanın ilk aylarında “Əczaçılar Klubu” ictimai birliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) birlikdə maarifləndirici layihəyə həmmüəlliflik ediblər. Layihə bütün Respublikanın əczaxana və xəstəxanalarını əhatə edirdi. Eyni məzmunlu layihə pandemiya sonu da bir daha həyata keçirildi.

Birlik əczaçılıq sektorunun problemləri ilə bağlı Bakı şəhərində bir neçə tədbirə, eləcə də regionlarda – Gəncə və Lənkəran şəhərlərində önəmli tədbirlərə təşkilatçılıq edib. Pandemiya qadağalarına rəğmən daha sonra tədbirlər onlayn olaraq davam etdirilib. Birlik müxtəlif vebinarlar, dəyirmi masalar, ölkədə fəaliyyət göstərən dərman şirkətləri ilə birgə təlimlərin keçirilməsi, eləcə də tədbirlər və birgə layihələrə imza atıb. Təşkilat üzvləri dəfələrlə dövlət və özəl TV- lərdə çıxış edərək əczaçılığın problemlərini auditoriya qarşısında səsləndiriblər.

“Əczaçılar Klubu” ictimai birliyi həm də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə bir neçə layihə işləyib. Bunlardan ən önəmlisi qlobal xarakterli bəla olan narkomaniya mövzusudur ki, “Əczaçılar Klubu” ib-nın fəaliyyəti Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini əhatə etdi.

Ölkədə dərman idxalı və istehsalında olan problemlər və digər məsələlərlə bağlı “Əczaçılar Klubu” ib adı çəkilən müvafiq sahələrin təmsilçilərinin birgə iştirakı  ilə işçi qrupları yaradılıb.

“Əczaçılar Klubu” ib-nın regionlarda 68 koordinator və nümayəndəliyi fəaliyyət göstərir ki, bu da ümumilikdə apteklərdə fəaliyyət göstərən 10 mindən artıq aptek işçisinə əlçatanlığı təmin etmiş olur.

Birlik əczaçılıq sektorunda fəaliyyət göstərən və ümumiyyətlə əlaqəsi olan hər bir özəl və dövlət qurumları ilə əməkdaşlığı özünə borc bilir. Bu baxımdan, Birliyin Səhiyyə Nazirliyi, KOBİA, Analitik Ekspertiza Mərkəzi, İcbari Tibbi Sığorta, TƏBİB, AQTA və s. dövlət qurumları ilə işgüzar əlaqələri vardır.

“Əczaçılar Klubu” ictimai birliyi ölkədə fəaliyyət göstən müvafiq digər QHT- lərlə də əməkdaşlıq edir və onlarla memorandumlar imzalayır.

Birlik özünün təsis etdiyi jurnalın çapına da start verib və bu, çox önəmli məsələdir. Jurnal vasitəsilə tibb və əczaçılıq sahəsində olan yeniliklər, müxtəlif elmi məqalələr, informasiya və məlumatlar işıqlandırılacaq.

Birliyin missiyası əczaçılığın inkişafını dünya səviyyəsinə çatdırmaq, əczaçıları və əczaçılığı layiq olduğu mövqedə görməkdir.

2019-cu ildə ilk dəfə olaraq Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 1-ci konfransı ölkəmizdə qeyd edildi. Tədbirdə dövlət və özəl qurumların təmsilçiləri, o cümlədən media nümayəndələri iştirak ediblər.

Pandemiya qadağalarına görə Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının növbəti kon­fransı onlayn şəkildə Medikal Media TV-nin dəstəyi ilə keçirilib.

2022-ci il oktyabrın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “Əczaçılar Klubu” ictimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçılar Gününə həsr olunmuş Respublika Əczaçılarının 3-cü Konfransı keçirilib.

“Əczaçılar Klubu” ictimai birliyinin həyata keçirdiyi layihələr

Pandemiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) ilə maarifləndirici Respublika miqyaslı 2 layihə işlənmişdir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə narkomaniya mövzusunda 2 layihə işlənmişdir. Layihə ölkənin 4 böyük şəhərində olmaqla 10 müəssisədə həyata keçirilmişdir.

“Əczaçılar Klubu” ictimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının növbəti konfransı beynəlxalq səviyyədə keçirildi. Belə ki, tədbirdə Türkiyə, Rusiya, Fransa və s. ölkələrdən qonaqlar iştirak edirdilər.

Kadr problemləri ilə bağlı tədbirlər Bakı və Gəncə şəhərlərində ke­çirilmişdir.

“Əczaçılar Klubu” ictimai birliyi bir çox özəl və dövlət qurumları ilə ikitərəfli əməkdaşlıq çərçivəsində memorandumlar imzalamışdır.

“Əczaçılar Klubu” İB idarə heyətinin üzvləri yanvarın 20-də 20 Yanvar hüzn günü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər. “33 ildir ki, eyni qələbəlik, eyni münasibət, eyni həmrəyliyi görürük. Buna görə də Xalqımıza və Qazilərimizə minnətdarıq. İlk gündən bu siyasəti qoruyub saxlayan, Şəhidlərimizi unudulmağa qoymayan Dövlətə, Dövlət başçısına minnətdarıq. Allah Şəhidlərə rəhmət eləsin”, – deyə İB sədri Şövqi Bunyatov tədbirdə bildirib.

Read Previous

Vətəndaş Heç Bir Ödəniş Etmədən Müalicə Almalıdır

Read Next

“Əczaçılar Klubu” ictimai birliyi Gəncə şəhərində iftar süfrəsi vermişdir.