Sosial şəbəkələrdə paylaş
AR QHT lərə dəstək agentliyi və “Əczaçılar Klubu” ictimai birliyinin birgə həyata keçirdiyi “Sağlam həyat, sağlam gələcək” layihəsi öz işinə ilk olaraq Azərbaycan Tibb Universitetində start verdi. Mövzu narkomaniya, onun fəsadları, müalicə metodları və s. idi. Mövzu barədə yüksək ixtisaslı əczaçılar Cavadi Aynur və İngiltərə Kral Əczaçılıq Akademiyasının üzvü Elmar Babayev çııxış etdilər. Tədbirdə müəllim və tələbələr iştirak edirdilər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Tədbirdə çıxış edən “Əczaçılar Klubu” ictimai birliyinin sədri Şövqi Bunyatov seminarın keçirilməsinə göstərdiyi dəstəyə görə ATU nun rektoru professor Gəray Gəraybəyliyə, ATU əczaçılıq fakültəsinin dekanı dosent Fərəh Mədətliyə təşkilat adından minnətdarlığını bildirdi.