MENU

Rəqəmlərlə Səhiyyə

Sosial şəbəkələrdə paylaş

Dünyada insanlar üçün olduqca önəmli, dövlətlər üçün strateji sektorlar siyahısında ilk sıralarda gələn tibb sahəsi ölkələrin inkişaf göstəricilərində xüsusi yerə və çəkiyə malik sahələrdəndir.

Son illərdə Azərbaycanda tıbb sahəsində ciddi inkşaf olmuş, Cənab Prezidentin tapşırığı ilə bir çox yeni səhiyyə müəssisəsi qurulmuş, köhnə səhiyyə müəssisələrinin bir çoxu yenilənmiş və yenilənməyə davam etməkdədir.

SSRİ dönəmində tətbiq olunan Semaşko səhiyyə modeli günümüzün modern tələblərinə cavab vermədiyi üçün yeni tələblər əsasında ciddi islahatlar aparılmış və buna uyğun olaraq İcbari Tibbi Sığorta, TƏBİB və s. kimi bir çox yeni qurumlar təsis edilmişdir. Bu qurumlar sayəsində tıbb sahəsində əhalinin qayğısına qalınarkən yenə əlavə olaraq yeni qurulan AQTA və s. kimi qurumlarla qida sənayesi, bioloji əlavələr və s. də tək mərkəzdən nəzarət ediləcək şəkildə modern tələblərə cavab verən sistemlər yaradılmışdır.

COVID-19 pandemiyası zamanı yaşanan fövqəladə hal dönəmində bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyə xidmətinə çox böyük yük düşdü. Bu da onu göstərdi ki, bölgə ölkələri və dünyaya baxanda ölkəmizdə səhiyyə sisteminin qənaətbəxş ölkələrdən olduğu digər ölkələrdə yaşanılan bir çox problemlərin ölkəmizdə daha az hiss olunmasını səhiyyə sahəsində görülən işlərin müsbət təsiri olaraq qiymətləndirilir.

Ümumilikdə, Azərbaycanda tibb sahəsində 32 min nəfər həkimlə bərabər 90 minə yaxın səhiyyə ordusunun da bu işləri gördükləri məlumdur.

Ölkənin iqtisadi rayonları və inzibatı ərazi vahidləri üzrə səhiyyənin əsas göstəriciləri
İqtisadi rayonlar Həkimlərin sayı Əhalinin hər 10000 nəfərinə  düşən həkimlərin sayı        Orta tibb işçiləri-                                                                                                                                   nin sayı, nəfər   Əhalinin hər 10000 nəfərinə düşən orta tibb işçilərinin sayı        Xəs­təxa-                                                                                                                                              naların  sayı   
Azərbaycan Respublikası 31.958 32 53.311 53 342
Bakı şəhəri 21.113 92 22.666 98 158
Abşeron-Xızı iqtisadi rayonu 1.746 30 2.776 48 21
Gəncə -Daşkəsən  iqtisadi rayonu 1.331 22 3.265 53 19
Naxçıvan Muxtar Respublikası 788 17 2.375 51 28
Şəki – Zaqatala iqtisadi rayonu 998 16 3.347 53 10
Qazax-Tovuz  iqtisadi rayonu 950 14 3.094 45 10
Quba – Xaçmaz iqtisadi rayonu  768 14 1.956 35 11
Mərkəzi Aran iqtisadi rayonu 1.050 14 3.112 42 12
Şirvan-Salyan iqtisadi rayonu 688 14 2.195 44 9
Dağlıq Şirvan iqtisadi rayonu 323 10 949 29 5
Qarabağ iqtisadi rayonu 788 10 2.797 35 15
Lənkəran – Astara iqtisadi rayonu 849 9 2.755 29 14
Mil-Muğan iqtisadi rayonu 403 8 1.419 27 5
Şərqi Zəngəzur iqtisadi rayonu 163 5 605 18 25

Bu rəqəmlə bölgələrə nəzər saldıqda Bakıda hər 10 min nəfərə 90-dan artıq həkim düşdüyü halda, bölgələrdə bu sayın 10 nəfərə qədər düşməsi problem olaraq nəzərə çarpır. Bu da əslində bir çox ölkələrdə ortaya çıxan kadrların daha çox böyük şəhərlərdə toplanması problemi ilə bağlıdır. Əhalinin bir hissəsinin tibbi xidmətlərdən daha asan və rahat şəkildə istifadə etdiyi halda, digər bir hissəsinin bu xidmətlərə əlçatanlığının çətinliyini görürük.

İcbari Tibbi Sığorta və TƏBİB-in fəaliyyətləri nəticəsində əhalinin pulsuz xidmət alması üçün xidmətlər zərfi hazırlanmış və bu zərfə bir çox müayinə, müalicə, laboratoriya və s. xidmətlər daxil edilmişdir. Bu zərf əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsində çox böyük rol oynayır.

Bununla bərabər, dünyada qabaqcıl ölkələrin səhiyyə sistemini araşdırdığımız zaman görürük ki, səhiyyə islahatları illərlə davam edir. Həmin ölkələrdə səhiyyənin inkişafının hiss olunması üçün səbirlə yeniliklərin davam etdirilməsi və daim yeni qərarların qəbul olunması danılmaz faktdır.

Pilot layihə olaraq ilk dəfə 2017-ci ildə Mingəçevir və Yevlax şəhərlərində başlayan İcbari Tibbi Sığortanın həyata keçirilməsi ilə səhiyyə zərfinə daxil olan xidmətlərin pulsuz verilməsi məsələsi 2021-ci ilin aprel ayından etibarən bütün ölkə əhalisinə şamil edilmişdir.

Bu xidmətlərin ölkənin bütün əhalisinə verilməyə başlanması səhiyyə xidmətlərinin səviyyəsini və əhalinin səhiyyə xidmətinə əlçatanlığını artırmaqla birgə bu dönəmdə bir sıra poroblemləri də gün üzünə çıxarmışdır.

Həkimlərin əsas hissəsinin böyük şəhərlərdə toplanması ilə yanaşı həm dövlət, həm də özəl müəssisələrdə xidmət göstərməsi, əhalinin dövlət müəssisəsində pulsuz xidmət almalı olduğu halda xidməti özəl xəstəxanaya yönləndirərək pullu hala salma və ya köhnə alışqanlıqları tərk etməyib əlavə pul tələb etmə halları hələ də nəzərə çarpmaqdadır.

Bu sadalanan problemlerin bir hissəsi əhalinin maarifləndirilməsi yoluyla həll ediləcək məsələlər olmaqla bərabər, həm də dövlətin qanun yoluyla həll etməsi lazım olan önəmli məsələlərdəndir.

Pərakandə əczaçılıq sahəsinə gəldikdə isə, sektorda 3 min 200-ə yaxın aptekdə hal-hazırda 3 mindən artıq ali təhsilli əczaçı, 5 minə yaxın orta təhsilli əczaçı və diğər köməkçi kadrlarla birlikdə 10 min nəfərdən çox aptek işçisinin fəaliyyət göstərdiyi məlum olur.

Dərman bazarında isə bildiyimiz kimi, dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiqlənmişdir. Bu günə kimi dərman bazarında 5 min 900-a yaxın adda 13 min 642 ayrı məhsula Tarif Şurası tərəfindən qiymətləndirmə aparılmışdır.

Qiymətləndirmə aparılan dərmanların çeşidliliyinə baxdıqda isə təəssüf ki, cəmi 87 adda dərmanın yerli zavodlarda istehsal edilmiş dərman preparatları olduğu müşahidə edilməkdədir.

Ümumilikdə qiymətləndirmə aparılmış dərmanların 80-ə yaxın fərqli ölkədən idxal edilməsi dərman bazarındakı tənzimlənmənin nə dərəcədə çətin olduğunu və yerli istehsalın artırılmasının nə qədər vacib olduğunu bizə göstərməkdədir.

Tarif Şurası tərəfindən qiymət siyahısına daxil edilən dərmanları istehsal edən ilk
20 ölkə aşağıdakı kimidir.

Dərman bazarının ümumi həcminə baxanda 2022-ci ildə Gömrük Komitəsinin məlumatlarına əsasən 1.100.000.000  manatlıq  məhsulun ölkəmizə idxal edildiyi nəzərə çarpmaqdadır.

Ölkələrdə şəxslərin illik dərman istifadəsi məlumatlarına baxdığımız vaxt bir çox inkişaf etmiş ölkələrdə adambaşına illik dərman sərfiyyatının 300-600  arasında olduğunu görürük.

Gündən-günə inkişaf edən ölkəmizdə gələcəkdə səhiyyə xidmətləri zərfinə dərman təminatının da daxil edilməsi ilə birlikdə dərman sərfiyyatının daha da çoxalacağını nəzərə almaq və hətta bugünkü səviyyəsinin qatbaqat artacağını proqnozlaşdırmaq vacibdir.

https://data.oecd.org/healthres/pharmaceutical-spending.htm#indicator-chart

Yuxarıda sadalanan məlumatlar əsasında ən önəmli strateji sektorlardan olan dərman bazarında  qiymətlərin optimallaşdırılmasının təmini, xaricə çıxan pul axınının azaldılması, daxildə tənzimləmənin rahat həyata keçirilməsi və yerli istehsalın dünya standartlarında reallaşdırılması üçün lazımi işlərin görülməsinə ehtiyac var.

Azərbaycan əhalisinin az olması, daxildə hazır mütəxəssislərin olmaması və s. bir çox səbəbdən dünyada dərman istehsalında təcrübəli şirkətlərin ölkədə zavod qurmaqda o qədər də həvəsli olmadıqlarını da nəzərə almaq lazımdır. Bu baxımdan, Respublikada bu təcrübənin inkişafı üçün bu sektorda təcrübəli və öz sözünü demiş uluslararası şirkətlərin cəlb edilməsini təmin edəcək dəstək mexanizmlərinin əhatəli və çoxşaxəli olması yüksək sərmayəli yatırım tələb edən dərman sənayesinə investitsiya  cəlb etmək baxımından önəmlidir.

Təşviq sistemində:

İstehsal müəssisəsi qurulacaq infrastruktur ehtiyacları üçün hazır ərazi.

Yatırım qoyuluşuna subsidiya verilməsi;

Güzəştli kredit;

Təcrübəli kadrlar üçün əlavə maliyyə dəstəyi;

Avadanlıqlar üçün ƏDV və gömrük vergisindən azad olma;

Müəyyən bir müddət ərzində bir sıra vergilərdən azad olma.

Daxildə istehsal ediləcək dərmanların lisenziyalaşdırılma proseslərinin şərtləri ilə bərabər daha sadə və operativ hala gətirilməsi, eyni zamanda həmin dərmanlara tenderlərdə əlavə üstünlük verilməsi yerli istehsalın inkışafı üçün önəmli bir təkan ola bilər.

Read Previous

“Avicenna” jurnalının ilk sayının təqdimat mərasimi keçirilib

Read Next

“Əczaçılıqda Peşəkarlığa doğru” təcrübə proqramının ilk turu başa çatmışdır