Sosial şəbəkələrdə paylaş
İlqar Əhmədov: “TƏCRÜBƏ TOPLAMAQ BİZDƏN SƏBR VƏ
DÜŞÜNCƏ TƏLƏB EDİR”
– İlqar bəy, təcrübənin iş həyatındakı rolundan danışardınız…
Mənə elə gəlir ki, təcrübə iş həyatımızda qarşılaşdığımız vəziyyətlərin, hadisələrin bizə verdiyi dərsdir. Təcrübəni faydalı mənimsəmək isə hamımıza daha müdrik olmağa, dünyanı daha doğru dərk etməyə, daha elastik davranmağa, hadisələrə daha düzgün proqnoz verməyə kömək edir. Amma bir şərtlə ki, biz təcrübəni faydalı mənimsəyək. İnsan var ki, qarsılaşdıgı vəziyyətlərin, hadisələrin bizə verdiyi dərsi qəbul edir, insan da var ki, bunu bir dərs kimi yox, keçici bir hadisə kimi qəbul edir.
Maraqlıdır ki, təcrübəni oxumaqla, təhsil ilə əldə etmək mümkün deyildir.Təcrübə toplamaq bizdən səbr və düşüncə tələb edir..
– Ölkəmizdəki dərman sektorunun inkişaf perspektivləri haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Dərman sektoru daxili istehsal və idxal hesabına formalaşır. Ölkədə istehsal formalaşmaqda davam edir, amma digər ölkələrdə olduğu kimi, bizdə də yerli istehsal dərmana ehtiyacı tam qarşılaya bilməz. Buna görə də ölkəyə dərman idxalı artır. Dərman sektoru çox dinamikdir və bu, demoqrafik artımı üstələyir. Çünki dərman istehsalında sözünü demiş şirkətlər durmadan insan sağlamlığı üçün yeni dərmanların kəşf və istehsal olunmasını davam etdirirlər. Məsələn, yaxın zamanlara qədər mədə yarasını ancaq əməliyyat vasitəsi ilə aradan qaldırırdılar, amma indi dərmanlar vasitəsi ilə əksər hallarda 100%-li müalicəyə nail olunur. Həmçinin, istər insult, istər digər çox sayda xəstəliklərin də artıq dərmanlar vasitəsi ilə effektiv müalicə yolları tapılır. Əgər biz dərman sektorunu fəaliyyətlərə görə bölsək topdan satıcılar, apteklər və dərman tanıdılması ilə məşğul olan şirkətlər (nümayəndəliklər ) kimi 3 qrup alınar. Bütün dünyada olduğu kimi, sektorun inkisafında Respublikamızda dərman tanıdılması ilə məşğul olan şirkətlərin ciddi rolu var. Çünki, dərmanı ixtira etmək azdır, bunu geniş həkim auditoriyasına dogru tanıtmaq da lazımdır. Əminliklə deyə bilərik ki, dərman bazarının böyük hissəsi artıq sovetlər dövründən yaddaşlarda qalmış dərmanların hesabına deyil, yeni dərmanların hesabına formalaşır. Dərman bazarının böyük hissəsini həkim resepti yaradır, hətta reseptsiz dərman dediyimiz OTC dərmanlarının satılmasında belə həkim reseptinin böyük rolu var. Sektorda çalışan heç kim, nə topdansatıcılar, nə də aptek işçiləri inciməsin, bu sektorun əsasında həkim resepti, onun güvənərək yazdığı dərman brendləri durur. Çünki xəstənin müalicəsinin məsuliyyəti aptek və ya topdansatış işçilərinə deyil, tamamilə həkimə aiddir. Dərman sektorunun iqtisadiyyatın digər sektorlarından əsas fərqi də burasındadır. Topdansatıcıların işi tanıdılmış dərmanların müxtəlif mənbələrdən toplanması və apteklərə paylanmasını keyfiyyətli təmin etməkdir. Aptek sektorunun işi isə birbaşa həkim respetlərinin dərmanla təmini və mümkün olduğu halda alıcıya reseptsiz satıla bilən dərmanlar haqda məlumat verməkdir.
– Yeni molekulların və ya yeni molekulyar
kombinasiyaların idxalı və qeydiyyat çətinlikləri
varmı?
– Bəlkə sualı daha geniş qoyaq: dərman qeydiyyatı prosesində problemlər varmı? Biz şirkət olaraq 6 MDB ölkəsində çalışırıq və deyə bilərəm ki, ölkəmizdə qeydiyyat prosesi heç də digər ölkələrdən çətin deyil. Bu iş professional səviyyədə qurulub və bu prosesdə Analitik Ekspertiza Mərkəzinin xidmətləri danılmazdır. Mərkəzin xidməti sayəsində qeydiyyat prosesini izləmək imkanımız var, həmçinin, hər zaman məsləhətlərlə köməklik göstərirlər. Ancaq qeydiyyat prosesi o qədər çətindir ki, bu rəsmi elan olunan 9-12 ay əvəzinə daha uzun müddət tələb edir. Dərman qeydiyyata alındıqdan sonra Tarif Şurası qiymət təsdiqləməsi etməlidir ki, dərman ölkəyə idxal olunsun. Bu proses əlavə 3-6 ay aparır. Əgər verilən qiymət daxil etmək üşün imkan verirsə ( bəzi hallarda verilən qiymət uyğun gəlmədiyindən bütün bu əziyyət faydasız qalır və dərman ölkəyə gətirilmir, mal sifariş olunur, normada 3-6 ay sonra mal idxal üçün hazır olur. İndi baxın: dərmanın ehtiyaca görə seçilib qeydiyyata başlanmasından 1,5-2 il sonra ancaq dərman ölkəyə gətirilir. Bəs bu müddət ərzində məhz bu dərmana ehtiyacı olan xəstələr nə etməlidirlər?
Analitik Ekspertiza Mərkəzi hər il təxmini 300-500 dərman qeydiyyatdan kecirir, bura artıq qeydiyyatda
olan dərmanların qeydiyyat yenilənməsini əlavə etsək (1 ildə 800-1200 yeniləmə) AEM-nin nə qədər
yük altında olduğunu görərik. Bundan basqa, AEM ölkəyə daxil olan hər bir dərman partiyasının laborator analizini də etməlidir. Məsələn, böyük topdansatıcıların hər biri ayda 700-800 adda dərman idxal olunsun. Bu proses əlavə 3-6 ay aparır. Əgər verilən qiymət daxil etmək üşün imkan verirsə ( bəzi hallarda
verilən qiymət uyğun gəlmədiyindən bütün bu əziyyət faydasız qalır və dərman ölkəyə gətirilmir, mal sifariş olunur, normada 3-6 ay sonra mal idxal üçün hazır olur. İndi baxın: dərmanın ehtiyaca görə seçilib qeydiyyata başlanmasından 1,5-2 il sonra ancaq dərman ölkəyə gətirilir. Bəs bu müddət ərzində məhz bu dərmana ehtiyacı olan xəstələr nə etməlidirlər? Analitik Ekspertiza Mərkəzi hər il təxmini 300-500 dərman qeydiyyatdan kecirir, bura artıq qeydiyyatda olan dərmanların qeydiyyat yenilənməsini əlavə etsək (1 ildə 800-1200 yeniləmə) AEM-nin nə qədər yük altında olduğunu görərik. Bundan basqa, AEM ölkəyə daxil olan hər bir dərman partiyasının laborator analizini də etməlidir. Məsələn, böyük topdansatıcıların hər biri ayda 700-800 adda dərman idxal edirlər və bu, ayda xeyli analiz deməkdir. Qeydiyyata verilən hər dərman da analiz olunmalıdır. Necə olursa -olsun bu yükü azaltmaq lazımdır. Bəs bu yükü ən azından qeydiyyat sahəsində necə yüngülləşdirmək olar ki, daha az müddətdə qeydiyyat mümkün olsun. Məncə, bu sahədə çox işlər görülə bilər. Məsələn, Avropa Birliyi ölkələrinin böyük bir qismində – İngiltərə, ABŞ, Yaponiya, Türkiyə və s. bu ölkələrdə istehsal olunan və satılan dərman preparatlarının qeydiyyat prosesini xeyli sadələşdirmək olar. Gürcüstan və Özbəkistanda maraqlı bir praktika var: əgər bir preparat müəyyən ölkələrdə qeydiyyata alınıbsa, Gürcüstan və Özbəkistanda həmin qeydiyyat tanınır və qəbul edilir, çox sadə bir yolla qeydiyyata alınır. Gürcüstanda bu 1 həftə, Özbəkistanda ən çox 3 ay vaxt alır. İkincisi, nəyə görə qeydiyyat müddəti 5 ildir? 5 il bitməyə 6 ay qalmış gərək qeydiyyatın yenilənməsi başlansın. Əgər istehsal prosesində heç bir dəyişiklik baş verməyibsə, 5 ildə 1 dəfə yeniləmə nəyə lazımdır? Bu, həm istehsalçılara əlavə xərcdir ki, dərmanın maya dəyərini artırır və qeydiyyat orqanı üçün də əlavə yükdür. Qazaxıstanda 1-ci yeniləmədən sonra Avropa dərmanlarına ömürlük qeydiyyat verilir. Biz birdəfəlik 10 illik qeydiyyat verə bilmərikmi? Baxın, bu gün fəaliyyət üçün lisenziya belə ömürlük verilir, bu şirkətlərin işini xeyli yüngülləşdirib.
– İlqar bəy, müəyyən vaxtlarda dərman çatışmazlıqlarının yaşanmasının əsas səbəbləri nələrdir?
– Əslində COVID-19 dönəminə qədər belə çatışmazlıqlara demək olar ki, rast gəlinmirdi. COVID-19 sonrası immunitet düşümü ilə bağlı bəzi xəstəliklərin baş alıb getməsi və müharibə nəticəsində iqtisadi əlaqələrin pozulmasından və s.-dan əmələ gəlmiş səbəblərdən sektorda ciddi dalğalanmalar yarandı.
Bunu əvvəldən bilib hazır olmaq mümkün deyildi. Məncə, biz hələ də COVID-19 dövründəki dərman
catışmazlığının xofunu yasayırıq. Fikrimcə, fövqəladə hallarda səlahiyyətli orqanlar daha effektiv reaksiya verə bilərlər. Məsələn, pandemiya dövründə COVID -19 əleyhinə istifadəsi məcburi olan dərmanların
ölkədə qeydiyyatı yox idi. Qanuna görə bu hallarda xüsusi icazə ilə qeydiyyatsız dərmanlar gətirilə bilər.
Təsəvvür edin ki, belə icazəni neçə orqan imzalamalı idi və bu, bəzən bir neçə ay davam edirdi. Ancaq
bizim fədakar aparıcı topdansatış şirkətlərimiz sonda bu işin öhdəsindən gəldilər. Belə ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ehtiyac olan formulların siyahısını təsdiq elədi və onların müəyyən dövr üçün
qeydiyyatsız idxalına icazə verdi.
– Dərman şirkətlərinin yerli topdansatış depoları ilə ticarət münasibətləri hansı səviyyədədir
və hər hansı bir çətinliklər varmı?
– Yuxarıda dərman sektorunun quruluşu haqda öz fikrimi bildirmişəm. Bu sektorda bütün iştirakçılar
bir-birinə baglıdırlar. Bəllidir ki, dərmanlara resept vasitəsi ilə ehtiyac yaranmasa, topdansatıcılar həmin dərmanları toplayıb apteklərə göndərməsələr və apteklər zamanında reseptləri yazılmış dərmanla təmin eləməsələr sektor işləməz. Yadda saxlamaq lazımdır ki, insan kefindən dərman almır, xəstədir deyə dərman alır. Onsuz da dərman almağa gələn adam və ya onun yaxını psixoloji olaraq pozitiv ruhda deyil. Belə halda olan adam reseptdəki dərmanı almaq üçün bir neçə aptek gəzirsə və sonda ona yazılmış dərman həkimlə ciddi mübahisədən sonra başqa dərmanla dəyişdirilirsə, bu bizim hamımız ücün kədərli haldır. İnanın ki, bu sadə üçlükdə hər birimizin problemi əslində elə hamının problemidir. Ara-sıra aramızda anlasılmazlıq olsa da, biz bir-birimizə bağlıyıq. Dövlətimiz də hər birimizin öz sahəsində calışmasına şərait yaradıb və lisenziya ilə səlahiyyət veribsə, biz ona layiq olmalıyıq. Məni narahat edən məqamlardan biri budur ki, bir çox insanlar yanlış olaraq aptek işçilərinin müalicədə daha çox səlahiyyətli olduqlarını düşünürlər. Onlar formulaya uyğun reseptlərin dəyişdirilməsinin sadə bir proses olduğunu fikirləşərək, yazılmış dərmanların daha gəlirli hesab etdikləri dərmanlara dəyisdirilməsini öyrənirlər. Bu, çox yanlış yoldur.
– İlqar bəy, zəhmət olmasa, özünüz haqqında
qısa məlumat verərdiniz…
– Mən Zaqatalada doğulmuşam, 1996-ci ildən dərman sektorundayam. Son 22 ildə komandamla
bərabər dərman tanıdılması sahəsində calışıram. Mən öz komandamla, sədaqətli dostlarımla və iş
partnyorlarımla fəxr edirəm. Bu sahədə bəxtim çox gətirib. Tez-tez iş səyahətlərim olur və hər səyahətdən sonra Azərbaycanımı daha çox sevirəm. Ölkəmizdə son zamanlar iş adamları üçün hər cür şərait
yaradılıb. Cənab Prezidentimizin bu işdə inanılmaz rolu vardır. Biz hər zaman iş adamları və bir Azərbaycan vətəndaşı kimi Prezidentimizin yanındayıq.