MENU

Referans Pharmaceuticals

Referans Clinic

Sosial şəbəkələrdə paylaş

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

Bizim əsas məqsədimiz pasiyentlərimizə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.

Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnuniyyətini yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə ilk dəfə, 2021-ci ildə isə ikinci dəfə əldə etdik.

Mərkəzimizin laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Burada 10 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya, Patohistologiya, Tandem MS) və bir sıra alt bölmələr (prenatal diaqnostika, axınlı sitometriya, metabolik skrininqlər və s.) üzrə 7000-nə yaxın laborator müayinələr aparılır.

Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.

“12 yanvar 2023 tarixindən etibarən Əczaçılar Klubu İB üzvüdür”

Read Previous

AVİTA

Read Next

İlqar Əhmədov: “TƏCRÜBƏ TOPLAMAQ BİZDƏN SƏBR VƏ DÜŞÜNCƏ TƏLƏB EDİR”