MENU

İlhamə Anzabi-Əliyeva:“Sənə azadlıq verən İşİ gör”

Sosial şəbəkələrdə paylaş

İlhamə Anzabi-Əliyeva 1971-ci ildə Bakıda dogulub. Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirib. 1994-cü ildə Amerikada yaşayan əslən Təbrizdən olan bir gənclə ailə həyatı qurub. 1996-cı ildən əczaçılıq diplomunu alaraq ABŞ-da işləyir. Orada 2008-ci ildə ailə biznesi quraraq, “Neshaminy Pharmacy” adlı aptek şirkətini təsis ediblər. İlhamə xanımgil aptekə elə yaşadıqları məhəllənin adını veriblər. Hətta iki aptek açsalar da, sonradan ailəyə vaxt ayırmaq problemi ucbatından aptekin birini başqa bir şirkətlə birləşdiriblər. Aptekdə özü ilə bərabər 8-10 nəfər işçi çalışır, onlardan 4 nəfəri ixtisaslı əczaçıdır.

İhamə xanımın bizimlə söhbətindən məlum olur ki, atası, anası və kiçik qardaşıyla çalışqan,
ziyalı bir ailədə gözəl uşaqlıq həyatı keçirib: “Əlbəttə, xoşbəxt uşaqlıq gözəl xatirələrdir. Içəri
Şəhərini, Bulvarını, Neft qoxulu Xəzərini dəlicəsinə sevdiyim şəhərim, uzun yay tətillərini keçirdiyim nənəmgilin gözəl Qarabagımızdakı evi həyatımın ən qayğısız zamanlarının xatirələridir”
, – deyir
İlhamə xanım. Atası ixtisasca tarixçi, anası isə tibb bacısı olduğu üçün hər ikisinin İlhamə xanımın həyatında əvəzolunmaz rolu olub. Dediyinə görə, atası həm də onun fikirlərini bölüşə biləcəyi bir insan olub. Hər zaman ona təhsilin çox mühüm olduğunu deyər, qadınların öz ayağı üzərində dura bilməsi, heç
kəsdən asılı olmamalarını söylərmiş. “Məndə özünə inam hissinin aşılanmasında və əczaçılıq sənətini seçməyimdə əlbəttə ki, mənə göstərilən güvən çox vacib bir faktor idi. Açığı, bu sənətə gəlişimdə
dermatologiyaya olan həvəsim çox böyük rol oynayıb. Universitet sınaqlarına indiyə qədər özümə
ən yaxın və əziz saydığım dostum Xədicə Kazımova ilə birgə hazırlaşırdıq. Bir deyim var: “Hər anın
öz hökmü var”
. Biz də dostumla birgə sənədlərimizi stomatologiyadan geri alıb əczaçılığa verdik.
Bax bu, hər ikimizin həyatını dəyişdirən ən böyük anlardan biri idi. Biz həyatın daha qəribə sürprizləri
ilə qarşılaşaraq təhsilimizi müxtəlif ölkələrdə davam etdirdik”, – deyə həmsöhbətimiz bildirir.
“Səhv dayanacaq” onun həyatını dəyişdirib Təcrübə üçün çalışdığı iş yerindən evə dönərkən İlhamə xanım dayanacaqda təbrizli bir ailə ilə tanış olur. Həmin ailə səhvən bu dayanacaqda durub marşrut
gözləyirmiş.

“Səhv dayanacaq” onun həyatını dəyişdirib
Təcrübə üçün çalışdığı iş yerindən evə dönərkən İlhamə xanım dayanacaqda təbrizli bir ailə ilə tanış olur. Həmin ailə səhvən bu dayanacaqda durub marşrut gözləyirmiş. Məhz bu “səhv dayanacaq İlhamə xanımın həyatında böyük dönüş yaradır. Belə ki, o, bu dayanacaqda öz gələcək həyat yoldaşı ilə tanış olur. “Daha doğrusu gələcək həyat yoldaşımla beləcə tanış olduq. Bax, bu da mənim həyatımın ikinci ən böyük anı oldu. Ağlıma da gətirə bilməzdim ki, nə vaxtsa Azərbaycan mənim yaşadığım ölkə olmayacaq. 1994-cü ildə yoldaşımın vətəndaşı olduğu Amerikaya köçdüm. Beləliklə də, Amerika macəralarım başladı.Yeni ailə, yeni ölkə və 1990-cı illərdə sosial medianın olmaması və s. Bəzən o günləri düşünəndə haradan hara gəldiyimizi təsəvvür etmək belə olmur. Yəni, yad bir ölkədə yaşamaq, onların mədəniyyətini, dilini öyrənmək çox çətin idi”.Artıq onun atası həyatda deyildi. Amma təhsilini davam etdirməli idi. Çox çətinliklə olsa da, İhamə xanım bu işin öhdəsindən gəlir və 1996–cı ildə Amerikada əczaçı kimi lisenziyasını alır. İş təcrübəsinə başlayır. “Həm böyüyən ailəmiz, həm də çalışmaq ilk zamanlarda çox çətin idi. Əczaçı kimi əvvəlcə hospitalda, daha sonra isə aptek şəbəkəsində çalışdım. Burada insanlar önləyici müalicə aldıqları üçün dərmana olan tələbat çox yüksəkdir. Əczaçılar müxtəlif sahələrdə çalışırlar. Müxtəlif dərman sənayelərindən tutmuş, satış marketinqə qədər. Mən isə əsasən pərakəndə satışa üstünlük verdim və hətta 2008-ci ildə də öz şirkətimi təsis etdim. Apteklər şəbəkəsi də aça bilərdik, lakin, bunu özümüz istəmədik. Çünki o zaman ailəyə daha çox vaxt ayırmaq mümkün olmur. Amerikada 95 faiz dərman satışı sığorta şirkətləri vasitəsilə həyata keçir “Bizdə apteklər, həmçinin də biz 95 faiz sığortayla işləyirik.

Yəni, belə deyək ki, əgər sığorta olmasa, heç dərman satışında dövriyyə də olmaz, insanlar bəzi dərmanları heç almazlar da. Məsələn, xolestrol, təzyiq dərmanları ki var, onları xəstələr daim qəbul etməlidirlər, amma əgər xəstələr bunu daim öz ciblərindən alsalar, heç alıb qəbul etməzlər. Biznes nöqteyi-nəzərindən nəğd satış daha yaxşıdır, amma sığortayla olanda pul ödənməsi üçün müqavilələr bağlanmalıdır. Amerikada çoxlu sığorta şirkətləri var. Demək olar ki, sənədləşmə işlərinin çoxu elə bu sığorta məsələsi ilə bağlıdır. Sığorta şirkətlərinin çoxu 1 ay ərzində vəsaiti bizə ödəyirlər. Burada maraqlı bir hal həm də ondan ibarətdir ki, audit yoxlamalarını sığorta şirkətlər həyata keçirir. Onlar mütləq gəlib yoxlayırlar görsünlər ki, doğrudanmı ayırdıqları sığorta vəsaiti xəstələrin dərmanlarına xərclənib. Bu yoxlamalar şəffaflığın təminatı
və müştərilərə düzgün xidmət etmək üçün aparılır. Bundan başqa, bizim öz müştərilərimiz var. Ətrafda böyük şirkətlərin apteklərinin olmasına baxmayaraq, bizimlə işləyən müştərilər daim bizə üz
tuturlar. Biz həmçinin, xəstəxanalarla və müəyyən evlərlə də işləyirik. Məsələn, əqli cəhətdən xəstə olan insanlar üçün Azərbaycandakı kimi böyük xəstəxanalar deyil, bəzən “Grup Home”-lar deyilən evlər var, həmin evlərdə dövlət onlara yardım göstərir. Həmin Evlərin rəhbərləri olur. Biz həmin evləri də dərmanlarla təchiz edirik. COVID-19 pandemiyası dönəmində yoluxan xəstələrə iynə, vaksin
vurulması işini bizim apteklər həyata keçirdi.

Amerikada biznesin üzərində nəzarət çox güclüdür, müxtəlif qurumlar tərəfindən sənədləşmələr, yoxlamalar çox olur. Yəni, sadəcə, iş dərman alıb-verməklə bitmir. Burada sənədləşmə işləri həddindən artıq çoxdur. Hər il xeyli sənədləşmə işləri aparırıq. Amma məqsəq birdir, əhaliyə professional, sağlamlığına heç bir vəchlə xələl gətirməyən bir xidmətin göstərilməsi heç də asan iş deyil. Belə bir deyim var: “sevdiyin işi görməlisən”. Amma bəzən o sevdiyin iş sənə rahatlıq verə bilmir.
Mən o deyimi belə deyərdim ki, sənə azadlıq verən işi gör ki, sevdiyin işlərin öhdəsindən rahatlıqla
gələsən.

Read Previous

“İdeal əczaçı necə olmalıdırsa,biz də onu göstərməliyik”

Read Next

İlhamə Anzabi-Əliyeva:“Sənə azadlıq verən işi gör”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir