MENU

Flora Mədədzadə: “Əczaçı – həkimlərlə xəstələr arasında ikinci məsuliyyətli insandır”

Sosial şəbəkələrdə paylaş

Aptekdə çalışmaqdan öncə İsveç dilini öyrənmək üçün dil kurslarına getdim. Sonra əczaçı diplomumu tanıtmaq üçün tibbi kurslar, imtahanlar verdim. Diplomumu təsdiqlətməzdən öncə reseptsiz satış bölümündə işlədim. Günümün çoxu iş başında keçdiyi və ailəmə çox zaman ayıra bilmədiyim üçün öz ərizəmlə müdir olmaqdan vaz keçdim”, – deyə Flora xanım bizimlə söhbətə başlayır. Dediyinə görə, əczaçı olmaq heç ağlından keçmirmiş, arzusu vəkil olmaq olub. Böyük bacısı onu bu fikrindən daşındırıb:
“Bacım mənə uşaq həkimi olmağı məsləhət görürdü. Amma mən sənəd qəbulu zamanı əczaçılığı seçdim”.
Flora xanım deyir ki, əczaçılıq sahəsində Azərbaycanla İsveç arasında dünyalar qədər fərq var. “Doğrusu, burada texnika o qədər inkişaf edib ki, demək olar ki, hər şey elektronikdir. Həkimlər reseptləri elektron formada göndərir. Əczaçı sadəcə kompüter sisteminin proqramlarını gözəl bilməlidir ki, işini yaxşı yerinə
yetirə bilsin. Elektron sistemin o üstünlüyü var ki, bütün məlumatlar əczaçı üçün əlçatan olur. O məlumatlar demək olar ki, əczaçının sağ əlidir. Axtardığın bütün bilikləri o məlumatlarda rahatlıqla tapa bilirsən – dərman haqqında, onun əks-təsiri haqqında və s. Əczaçı – həkimlərlə xəstə arasında ikinci bir
məsuliyyətli insandır. Həkimin yanlışlığını görən və durduran son adam əczaçıdır.
 Yanlış dərman yazılırsa, xəstənin yaşına uyğun deyilsə, iki dərman bir-biri ilə uyğun gəlmirsə, qəbul etmək olmazsa, əczaçının
onu xəstəyə verməzdən öncə resepti yazan həkimlə əlaqə yaradıb dəqiqləşdirmə aparması mütləqdir”, –
deyir soydaşımız.

Flora xanımın sözlərinə görə, hər bir xəstəyə dərmanları hansı qaydada qəbul etməsi haqqında bilgi vermək lazımdır. “Xəstəyə suallar vermək, onu məlumatlandırmaq əczaçının vəzifə borcudur. Burada əczaçı olaraq iş başında kobud səhvlərə yol verirsənsə və iş yoldaşın da bunu görürsə, bunu sistemdə qeyd edir.
Əgər belə səhvləri təkrarlasan, ya dövlət tərəfindən diplomun əlindən alınır. Ya da etdiyin səhvlər və yanlışlıqlar xəstənin həyatına xələl gətiməzsə, sənə işləmək üçün yenidən bir şans verilir.”, – deyən Flora xanım Azərbaycan və İsveçin əczaçılıq sektorundakı fərqlərdən birini də beləcə izah etmiş olur.

Azərbaycandakı 5 illik fəaliyyətindən də danışan soydaşımız qeyd edir ki, texniki baxımdan, xəstələrin davranış qaydası baxımından biz hələ çox şeylər öyrənməliyik: “Dərmanı toplayıb satmağı hər kəs bacarır. Amma əczaçı xəstənin dərmanı necə qəbul etməsi haqqında bilgiyə sahib olan insandır. O, bu bilgini iş həyatında dərman satdığı hər bir xəstəylə bölüşməlidir. Azərbaycanda dərmanları çox asanlıqla reseptsiz almaq olur ki, bu da çox üzücü haldır. İsveçdə isə hər şey reseptlə və həkimin yönləndirməsi ilə satılır. Biz çalışmalıyıq ki, xəstənin etibarını qazanaq. Çünki, həkimlə xəstənin resepti arasındakı sonuncu tibb personalı olaraq hər bir dərman üçün, xəstələrin həyatı və sağlamlığı üçün biz əczaçılar məsuliyyət daşıyırıq”.

Həmkarlarım dünyadakı yenilikləri iş həyatlarına gətirsinlər

Azərbaycandakı həmkarlarına əczaçılıq cəmiyyətləri yaratmağı, öz haqlarını tələb etməyi tövsiyə edən Flora xanım öz təcrübəsindən çıxış edərək bəzi məsləhətlər verməkdən də çəkinmədi. O, Azərbaycandakı həmkarlarına iş həyatlarına yeniliklər gətirməyi arzuladı.

“Həmkarlarım çalışsınlar ki, xəstələrin inamını qazansınlar, öz üzərlərində işləsinlər. Xəstələrin yanında davranış, etika, gözəl bilgiyə sahib olmaq üçün hər zaman dərmanlar haqqında müxtəlif testlər etsinlər. Bizim burada iki əczaçı cəmiyyətimiz var. Aylıq xərcini ödəməklə hansına istəsək üzv ola bilirik. Əgər iş yerində sənin haqqını kimsə tapdalayarsa, həmin cəmiyyətin üzvləri sənə dəstək olurlar. Biz burada hər həftə masa başında oturaraq işimizi planlaşdırırıq. Bundan başqa, maaşları və digər yenilikləri də masa arxasında müzakirə edirik. Əgər sən işini yaxşı görürsənsə və onun qarşılığında haqqın tapdanırsa, sənə dəstək olacaq bir qurumun olması çox gözəldir. Həmkarlarıma da bunu arzulayıram ki, hə ay masa arxasında oturaraq iş həyatını irəliyə aparmağın yollarını müzakirə etsinlər. Kurslara gedib, işlərinə yeni
ideyalar gətirsinlər. Xarici ölkələrdən əczaçıları dəvət etsinlər, görüşlər, konfranslar keçirsinlər. Əczaçılar birlikləri yaradıb ora üzv olsunlar. Nəhayət, xarici ölkələrə gedib onların iş həyatında olan yenilikləri Azərbaycana gətirsinlər

Read Previous

İlhamə Anzabi-Əliyeva:“Sənə azadlıq verən işi gör”

Read Next

“İnvestorların qarşısındakı əngəllər”-Qurbanəli Əliyev Vita Group MMC şirkətinin direktoru

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir