Sosial şəbəkələrdə paylaş
“Əczaçılar Klubu” ictimai birliyinin təşkilatçılığı ilə “Əczaçılıq sektorunda sahibkarlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və AQTA nümayəndələri çıxış edərək sahibkarların suallarını cavablandırdılar. Rəsmi dəvət göndərilsə də TƏBİB nümayəndələrinin bu görüşdə iştirak edə bilməməsini təəssüflə qeyd edir, növbəti tədbirlərdə onları da aramızda görməyə ümid edirik.Görüşdə ölkənin aparıcı Distribüterləri – Azərmed, Avromed, Zeytun pharmaceuticals və yerli istehsalçılarımız Orizon labs MMC ilə Parla şirkətinin nümayəndələri məruzələrlə çıxış etdilər.Müzakirə olunan mövzular:
Dövlət – biznes dialoqu
Yerli istehsalat
Təchizat zənciri
Bu kimi görüşlər dövlət və özəl sektor arasında şəffaf dialoqun qurulması baxımından müstəsna əhəmiyyət daşıyır. “Əczaçılar Klubu” ictimai birliyi olaraq bütün tərəfləri vahid platformada birləşdirən körpü rolunu oynamaqdan qürur duyuruq.Tədbirimizə qatılan bütün nümayəndələrə və həmkarlarımıza təşəkkür edirik.
Gücümüz birliyimizdədi!


