Sosial şəbəkələrdə paylaş
19 noyabr tarixində “Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirildi.
Görüşün əsas mövzusu əczaçılıq sektorunda məşğulluq imkanları, mövcud vakansiyalar və gənc mütəxəssislərin əmək bazarına inteqrasiyası idi.Dəyirmi masada yerli istehsalçı zavodların, idxalçı şirkətlərin nümayəndələri, əczaçılar, əczaçılıq fakültəsinin tələbələri və yeni məzun olmuş gənc mütəxəssislər iştirak etdilər.Tədbir çərçivəsində iştirakçı şirkətlər öz fəaliyyət istiqamətləri, mövcud vakansiyaları və əməkdaşlıq imkanları barədə məlumat verdilər. Əczaçılar və gənc mütəxəssislər isə təqdim olunan imkanlarla tanış olmaq, potensial iş yerləri haqqında məlumat əldə etmək və gələcək karyeraları üçün yeni əlaqələr qurmaq fürsəti qazandılar.


İnanırıq ki, bu cür görüşlər işəgötürənlərlə əczaçılar arasında körpü yaratmaqla yanaşı, gənc mütəxəssislərin peşəkar inkişafına və əczaçılıq sektorunun gələcəyinə mühüm töhfə verir.”Əczaçılar Klubu” İctimai Birliyi adından tədbirdə iştirak edən bütün yerli istehsalçı zavodlara, idxalçı şirkətlərə və onların nümayəndələrinə, həmçinin görüşə qatılan əczaçılara, tələbələrə və yeni məzun olmuş gənc mütəxəssislərə səmimi təşəkkürümüzü bildiririk!Birlikdə daha güclü əczaçılıq sektoru və daha geniş karyera imkanları naminə!Gücümüz Birliyimizdədir!


