MENU

Lənkəran Şəhər | “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı”

Sosial şəbəkələrdə paylaş

“Əczaçılar Klubu” İctimai Birliyi 24 fevral 2024 tarixində Lənkəran Şəhər Heydər Əliyev mərkəzində “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı” Keçirmişdir. Tədbirdə 300-ə yaxın auditoriya – həkim, əczaçı və digər səhiyyə işçiləri iştirak etmişdir. Təşkilati dəstək olaraq, tədbirdə, tərəfdaş qurumlar – Səhiyyə nazirliyinin E-resept təqib sisteminin məsul şəxsləri, Analitik Ekpertiza Mərkəzinin məsul şəxsləri iştirak etdi. Çıxışçılar sırasında İdarə heyətinin sədri Şövqi Bunyatov və aidiyyatlı orqanlardan mütəxəssislər çıxış etdi, qonaqlara maarifləndirici məlumatlar verildi, daha sonra tədbir panel formasında davam etdi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Sonda tədbir iştirakçılarına E-resept təlimi ilə bağlı sertifikat verildi. Qeyd edək ki, bu tədbirlər bölgələr üzrə davam edəcək.

24.02.2024

Read Previous

“Əczaçılar Klubu” İB olaraq, sosial şəbəkədə paylaşılan dərman qiymətlərinin apteklərdə fərqli olması ilə bağlı məsələyə münasibətimiz

Read Next

Sumqayıt Şəhər | “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı”