MENU

Gəncə və Mingəçevir şəhərləri “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı”

Sosial şəbəkələrdə paylaş

“Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə 23.05.24 tarixində Gəncə və 24.05.24 tarixində Mingəçevir şəhərlərində növbəti “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı” tədbirləri keçirilmişdir. Tədbirlərdə tərəfdaş qurumlar—Səhiyyə nazirliyi, TƏBİB, KOBİA nın məsul şəxsləri və mütəxəssislər iştirak edərək qonaqlara maarifləndirici məlumatlar verdilər. Gəncə şəhərində keçirilən tədbirdə (23.05.24) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri Orxan Məmmədov çıxış edərək belə tədbirlərin önəmini qeyd etdi və konfransın işinə uğurlar arzuladı. Çıxışlar bitdikdən sonra tədbir panel formasında davam etdi, qonaqları maraqlandıran suallar cavablandırıldı. 2 tədbirdə ümumilikdə 500ə yaxın həkim , əczaçı və digər səhiyyə işçiləri iştirak etdilər. Sonda həmişəki kimi tədbir iştirakçılarına sertifikatlar təqdim olundu.Tədbirlər davam edəcək.

Read Previous

Sumqayıt Şəhər | “Regionlarda Əczaçılıq Biznesinin İnkişafı və Elektron Resept Tətbiqinin Maarifləndirilməsi Konfransı”

Read Next

Bakı şəhəri, “Elektron Resept Tətbiqinin Maarifləndirilməsi”, “Dərman Vasitələrinin Təqib və izləmə sistemi Konfransı”.