MENU

“ƏCZAÇILIĞIN KEÇMİŞİ, BU GÜNÜ VƏ GƏLƏCƏYİ”

Sosial şəbəkələrdə paylaş

🩺Əczaçılıq deyəndə ilk növbədə xalq təbabəti, bitkilərlə müalicə, bilim adamları və s. kimi müalicə üsulları göz önünə gəlir.

IV əsrdən başlayaraq, türkəçarələr geniş yayılmağa başlamışdı. VIII əsrə qədər insanlar heç bir adı olmayan məkanlarda şəfa tapmağa ümid edirdilər. Bu məkanlarda onlar Zərdüştilikdən gələn 4 ünsür nəzəriyyəsinə əsaslanırdılar. Bura – şamanizm, cərrahiyyə, cadu və dərman vasitələri ilə müalicə üsulları aid idi. ✏️Bu dövrdə təbabət əsasən Hippokrat və Qalenin əsərlərindən qidalanırdı. Daha sonralar isə bütün Şərq ölkələrində o cümlədən, Azərbaycanda Əbu Əli ibn Sina tibb sahəsində alim kimi tanındı”, – deyə Əczaçı Hafiz Rüstəmov jurnalımıza danışarkən bildirib.

H.Rüstəmovun sözlərinə görə, dünyada təbabət aləmində ilk yaranmış müalicə ocağı VIII əsrdə Bağdad şəhərində açılan “Aptek” adlı anbar olub. Bu anbarda dərman bitkiləri, dəmləmələr, məlhəmlər, ekstraktlar, tibbi ləvazimatlar, heyvani mənşəli dərman preparatları saxlanıb və bu aptek faktiki xəstəxana işini həyata keçirib. Azərbaycanın ilk apteki Əczaçı bildirir ki, Azərbaycanda ilk aptek 1850-ci ildə Neftçala rayonunda bir balıqçı gəmisində açılıb. Həmin vaxtlar balıqçılar arasında taun və vəba xəstəlikləri geniş yayıldığına görə, bir müalicə müəssisəsinə ehtiyac yaranır və ilk aptek açılır. Bu aptek sonradan Bankə balıq vətəgəsinə köçürülüb və 1960-cı ilə kimi həmin bina yaşayış evi kimi fəaliyyət göstərib. H.Rüstəmov deyir ki, Azərbaycanda əczaçılığın dünəni sovetlər birliyi dönəminə təsadüf edir, hansı ki, apteklər və onların təchizatı dövlətə məxsus idi. Başqa respublikalardan gətirilən dərman preparatları və sarğı materialları mərkəzi anbara oradan regionlardakı anbar filiallarına və rayonlarda yerləşən mərkəzi apteklərə paylanırdı.

📌Müstəqillik illərində Azərbaycan əczaçılığının inkişafı “1990-cı ildə sovet hakimiyyətinin dağılması ilə

əczaçılıq sahəsində də yeni idarəetmə forması yarandı. Dünya təcrübəsinə əsaslanaraq əczaçılıq əvvəlcə təsərrüfat hesablı idarəetməyə sonra isə özəl sahibkarlıq fəaliyyətinə keçdi. Belə ki, ölkənin dərman təchizatı dövlətin deyil, ayrı-ayrı sahibkarların işinə çevrildi. Bu işlərə nəzarət etmək üçün müvafiq inzibati idarələr yarandı. Hal-hazırda dərmanların keyfiyyətinə nəzarət etmək üçün laboratoriyalar və innovasiya idarəsi fəaliyyət göstərir. Dərmanların qiymətinə isə Taarif Şurası nəzarət edir. Apteklər satış həyata keçirmək üçün fərdi və ya şirkət lisenziyasına sahib olmalıdırlar. Dərmanlarla bərabər apteklərdə Bioloji Qida Əlavələri (bundan sonra BQƏ adlanacaq) də satılır. BQƏ-ləri üçün qiymət idxalçı şirkət və satış həyata keçirən aptek tərəfindən təyin olunur. Bu qiymətləndirmə bazara uyğun şəkildə həyata keçirilir”, – H.Rüstəmov bildirir.

📌Artıq Azərbaycanda da dərman zavodu fəaliyyət göstərəcək Əczaçı Azərbaycanda əczaçılıq sahəsindəki yeni addımlardan da danışdı. Bildirdi ki, artıq iki dərman zavodunun təməli qoyulub, “Diamed Co” Şpris İstehsalı zavodu isə 2019- cu ilin mart ayından fəaliyyət göstərir. Bu zavod qonşu ölkələrə şpris ixracını da planlaşdırır. Dərman bitkiləri istehsal edən zavod da bir neçə ildir ki, fəaliyyət göstərir:

📌“Dünyanın üzləşdiyi COVID-19 pandemiyası dönəmində maska istehsal edən zavodun açılışı oldu.

Ölkəmizin əldə etdiyi başqa daha böyük uğurlarında olduğu kimi, əczaçılıq sahəsindəki uğurlarında da möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişləri və imzaları vardır. Biz əczaçılar əminik ki yaxın zamanlarda Azərbaycan dövləti bu sahədə də daha böyük işlər görəcək”, – deyə Hafiz bəy nikbin danışır.

💫Sabaha ümidlə…

Ölkəmizdə əczaçılığın sabahına gəldikdə pozitiv fikirlər yarandığını qeyd edən H.Rüstəmovun sözlərinə görə, 2023-cü ilin yanvar ayından etibarən apteklərdə çalışan işçilər arasında yalnız əczaçı

olanların ağ xalat geyinməsi barədə qərar verilib:

“Biz əczaçılar xidmətimizin cəmiyyət üçün çox vacib olduğunu bilirik. Buna görə də öz işimizin mütəmadi olaraq saflaşdırılmasında maraqlıyıq və öz hüquqlarımızı qorumağa çalışırıq. Hər bir əczaçı kimi mən də öz peşəmlə fəxr edirəm!”.

Read Previous

“AZƏRBAYCANDA DƏRMAN ZAVODLARININ AÇILMASINA EHTİYAC VAR” Süleyman Səfərov

Read Next

Əfqanıstanın səhiyyə sistemi ciddi maliyyə çatışmazlığından əziyyət çəkir, donor dəstəyinə çağırır