Əczaçılar Klubu İB-nin İdarə Heyəti Orizon Labs MMC-nin istehsal müəssisəsini ziyarət edib!

Sosial şəbəkələrdə paylaş

Əczaçılar Klubu İB-nin İdarə Heyəti yerli əczaçılıq sənayesinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə Orizon Labs MMC-nin istehsal müəssisəsini ziyarət edib.

Səfər çərçivəsində müəssisənin direktoru Zamir Əliyev tərəfindən istehsal prosesləri, keyfiyyətə nəzarət sistemləri və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilmişdir.

Görüş zamanı əczaçılıq sahəsində yerli istehsalın əhəmiyyəti, innovativ yanaşmalar və peşəkar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Əczaçılar Klubu İB yerli istehsalçıların fəaliyyətini yüksək qiymətləndirir və ölkəmizdə əczaçılıq sektorunun inkişafına töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Gücümüz birliyimizdədir!

Read Previous

20 oktyabr tarixində Bakı Sağlamlıq Mərkəzində Əczaçıların VII Ümumrespublika Konfransı uğurla baş tutdu!

Read Next

Əczaçılar Klubu İB və Liv Bona dea klinikasının birgə təşkilatçılığı ilə “Azərbaycanda klinik əczaçılığın inkişafı” mövzusunda konfrans keçirilmişdir!