Sosial şəbəkələrdə paylaş
Əczaçılar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə dəyirmi masa görüşləri çərçivəsində “İcbari Tibbi Sığorta sistemi daxilində dərman təminatı: mövcud vəziyyət, əczaçıların rolu və maliyyə-qiymət mexanizmlərinin işləmə prinsipləri” mövzusunda növbəti dəyirmi masa keçirilmişdir.
Tədbirdə Əczaçılar Klubu İB-nin sədri və İdarə Heyətinin üzvləri, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Elmin Quliyev iştirak etmişdir.
Görüş zamanı mövcud vəziyyət ətraflı şəkildə təqdim olunmuş, sistemin fəaliyyət prinsipləri müzakirə edilmiş və iştirakçıların sualları cavablandırılmışdır.Dəyirmi masa çərçivəsində sahədə aktual məsələlər üzrə fikir mübadiləsi aparılmış, əczaçıların səhiyyə sistemindəki rolu və gələcək əməkdaşlıq istiqamətləri xüsusi vurğulanmışdır.

