MENU

Dr. Fizuli Hüseynov: “Bir çox sağalmaz hesab edilən xəstəlikləri bitkilərlə müalicə etmək mümkündür”

Sosial şəbəkələrdə paylaş
Fizuli Hüseynov 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulub. 1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirib, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olaraq 1996-cı ildə Universiteti bitirib. İxtisasca infeksionistdir. 1998-ci ildə “Herba Flora” şirkətini təsis edib və hal-hazırda həmin şirkətin aparıcı mütəxəssisidir. Herba Medical Tibb Mərkəzinin Baş həkimidir  Tarix boyu insanlarda təbii müalicə üsullarından sayılan bitki və heyvan mənşəli metodlara maraq olub. Ən qədim insanlar da daim bitkilərin müalicəvi xüsusiyyətlərindən istifadə edirdilər. Sanki bitkilər insanlara xidmət etmək üçün ilahi qüvvə tərəfindən göndərilib. İbtidai dövrdən yaranan bu maraq get-gedə elmi səviyyəyə qədər inkişaf edib. Dünyada bitkilərlə müalicə aparan xeyli sayda təbabət mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda da belə mərkəzlərdən biri Herba Medical Tibb Mərkəzidir. Mərkəzin baş həkimi, fitoterapevt Dr. Fizuli Hüseynov oxuculara bitkilərlə müalicə metodları haqda məlumat verir: “Əvvəla, gördüyünüz bu işdə Sizə uğurlar arzulayıram. Ümidvaram ki, sizlərin köməkliyi sayəsində insanlarımız daha yaxşı və keyfiyyətli dərmanlarla təmin olunacaqlar. Aptek şəbəkələrində savadlı insanların işləməsi vətəndaşların dərman təminatının daha yaxşı təşkil edilməsinə öz töhfəsini verəcək. Azərbaycanın zəngin florasının olması bol günəşi bitkilərin keyfiyyətinin təməlidir. Bizdə meyvə-tərəvəzlər nə qədər dadlıdırsa, dərman bitkilərimiz də bir o qədər keyfiyyətlidir. Deyərdim ki, dünyada ən keyfiyyətli dərman bitkiləri Azərbaycanda bitən bitkilərdir. Keyfiyyətli bitkilərimiz olan yerdə bu sərvətlərdən nəyə görə imtina etməliyik?”, – deyən Fizuli doktor bildirir ki, Azərbaycanda dərman bitkiləri ilə müalicə həkimlər tərəfindən heç vaxt tam əhatəli şəkildə aparılmayıb. Ona görə də insanlar arasında bitki müalicəsinə bir o qədər də həvəs olmayıb. Onun rəhbərlik etdiyi Klinikada tam şəkildə bitkilərlə müalicə aparılır. Xəstələr sağlamlıqlarına qovuşduqca bitki müalicəsinə olan inamları daha da artır. Fizuli doktor qeyd edir ki, bitkilər 2 qrupa bölünür: zəhərli bitkilər və zəhərsiz bitkilər. Zəhərli bitkilər kimi tanıdığımız bitkilərin az dozası zəhərli deyil, amma yüksək dozası insanı öldürə bilər. Yaxşı olardı ki, insanlar zəhərli bitki dəmləmələrini həkim göstərişi olmadan içməsinlər. Zəhərsiz bitkiləri isə içməkdə problem yoxdur, amma yenə də qəbul etməzdən əvvəl xəstəliyin diaqnozunu dəqiqləşdirmək lazımdır. Məsələn, trombositləri aşağı olan vətəndaş qan durulducu bitki içərsə vəziyyəti ağırlaşa bilər və sairə. Fizuli doktor ilk dəfə müalicə etdiyi xəstələrdən danışarkən deyir: “İlk dəfə tələbə olarkən qeyri – spesifik xoralı qastrit xəstəsini çobanyastığı çiçəyi ilə müalicə etmişəm. O, mədə üçün lazım olan bütün kimyəvi dərmanları istifadə etsə də, heç bir fayda görməmişdi. Mən ona 3 ay çobanyastığı çiçəyinin dəmləməsini məsləhət gördüm. 3 aydan sonra xəstədə heç bir əlamət qalmamışdı. Daha sonra bir bacımı qeyri-spesifik xoralı kolit, digər bacımı isə astma – bronxitdən müalicə etdim. Ümumiyyətlə, insan daima dərman bitkiləri ilə müalicə olunmağa çalışmalıdır, çünki dərman bitkilərini dəmləyib içəndə orqanizmdə tamam sorulur. Hətta adama enerji verib metabolizmdə iştirak edərək böyrəklər vasitəsilə tər və ya ifrazatla bədəndən tam olaraq təmizlənilir”. Doktorun dediyinə görə, kimyəvi dərmanlar belə deyil, bu dərmanlar bədən tərəfindən tam sorulmur, bədənə yad olan maddə olduğu üçün qəbul edildikdən bir müddət sonra sorulma dayanır. Sonra dərmanın toxumalara çökməsi prosesi baş verir. Buna tibbdə kumulyasiya deyirlər. Çöküntü qaraciyərə, böyrəklərə, dərialtı toxumalara, dalağa və başqa toxumalara çökə bilir. Bəzi dərman vasitələri hətta bağırsaq xovları arasında daşmalara səbəb ola bilir. Bəzi dərman vasitələrində aşırı dərəcədə ağır metal duzları olur. Bu metal duzları beyin toxumasına çökərək beyinin fəaliyyətini poza bilir. Bəzi dərman vasitələrini çox qəbul edəndə orqanizmdən vitaminlərin və mineralların qovulmasına səbəb ola bilir: «Saydığım bu “bəziləri” bilirsinizmi nə qədər uzatmaq olar? Oxucuya yorucu olmasın deyə sadalamağı saxlayıram və düşünməyi öz ixtiyarına buraxıram. Sizlərə daha bir diqqətverici məqamı söyləyim. Heç görmüsünümü, xroniki bir xəstə məsələn poliartrit, zob, təzyiq, bronxit, müxtəlif allergiyalar, ekzemalar, kroun, qeyri- spesifik xoralı kolit, psoriaz və sairə kimi uzun illər çəkən bir xəstəlik kimyəvi dərmanlar ilə müalicə olunsun? Əksər insanlar belə xəstəliklərin dərmanlarla müalicə olunmadığını bildirib mənimlə razılaşacaqlar. Amma bitkilərdən anlayan bir fitoterapevt bu kimi xəstəlikləri dərman bitkiləri ilə müalicə edə bilir. Şübhə edib inanmayanlara minlərlə xəstənin arxivini göstərə bilərəm. Məndə minlərlə xəstənin arxivi var. Baxın, illərlə ishal əleyhinə hormonal dərmanlar içən xəstələri 2 bitki ilə 3 aya müalicə edirik. Yəni bu xəstələrdə qeyri-spesifik xoralı kolit və ya kroun ola bilir. Təsəvvür edin ki, illərlə bu kimi kimyəvi dərmanları içən insanlarda immun sistemi məhv olur. Cinsi istək sıfır səviyyəsinə enir, sonsuzluq baş verir. Görürsünüzmü, ağıllı müalicənin effektini və bu müalicə metodu insanları qaranlığa bulaşmış çamurdan necə çıxarır? İllərlə əlil arabasında qalan dağınıq skleroz xəstələrini arı sancması və bəzi məcunların birlikdə müalicəsini tərbiq edərək ayağa qaldırırıq. Onların həyat fəaliyyətlərini bərpa edirik. Şübhəsi olanları və ya maraqlanmaq istəyənləri xəstələrimlə tanış edə bilərəm. Hal-hazırda tam olaraq təbii müalicə ilə hər gün 15 xəstə qəbul edirəm». Doktorun sözlərinə görə, ümumiyyətlə, onun istifadə etdiyi bitkilərin çoxu yerli bitkilərdir. Azərbaycanda bitməyən dərman bitkilərini isə Respublikamıza gətirib daha sonra onların da qeydiyyatını aparır. Məsələn, qara zirə, ud hindi, zəncəfil, sarıkök kimi bitkilər Azərbaycanda bitmir. Bizdə olan bitkilərdən isə gicitkən, şahtərə, çobanyastığı, gülümbahar, dəmrovotu, boymadərən, dazıotu və sairə bu kimi bitkilərdən daimi istifadə edir. Klinikada arı məhsullarından və arı sancması müalicəsi aparılır. Zəlidən və hicamadan (qan almaq) çox isrifadə edilir. Fizuli doktor üç yerli, iki Avraasiya patentinə sahibdir.

Read Previous

Əfqanıstanın səhiyyə sistemi ciddi maliyyə çatışmazlığından əziyyət çəkir, donor dəstəyinə çağırır

Read Next

“Mənim qəhrəmanım”