MENU

BİOTEXNOLOJİ DƏRMANLAR VƏ MÖVCUD DƏRMANLARIN GƏLƏCƏYİ

Sosial şəbəkələrdə paylaş

İnsanlar əsrlər boyu müxtəlif səbəblərdən dərmanlar qəbul edirlər. Bütün zamanlarda, hələ İbn-Sinadan günümüzün əczaçılarına kimi hər kəsi həmişə eyni sual düşündürüb: az doza ilə maksimum müalicə effektini necə almaq olar. Nano-texnologiyaların tibbdə tətbiqi molekulların ikiqatlı fosfolipid qatı ilə əhatə edilib mədə, bağırsaqlar və qaraciyərin dağıdıcı və metobolik təsirindən qaça
bilməsini təmin etdi. İstər qida əlavəsi, istərsə də dərman olsun, molekulu ikiqat fosfolipid təbəqəsi olan kürəcik içərisində gizlədib, mədə turşusunun və öd kisəsinin duzlarından qoruyaraq, bağırsaqların qan deyil, limfa damarlarından sorulmasını təmin etdi. Bundan başqa, ikiqat fosfolipid qatı molekulun qaraciyərdən də yan keçməsini təmin edir. Çünki limfa damarlarına düşən molekul qaraciyərdən yan keçir və körpücük sümükdəki damarlardan birbaşa qana keçir. Nəticədə qana düşən mikrosferalar hüceyrələrə itkisiz çatır və xarici görünüşcə çox oxşar və kiçik ölçülü olduğuna görə birbaşa hüceyrəyə keçir.
Biotexnologiyaların tətbiqi sayəsində bir çox əlavə və yan təsirləri aradan qaldırmış oluruq. Həm həzm turşuları və duzların təsirini neytrallaşdırırıq, həm metabolizm prosesindən yan keçərək hüceyrələrə hədəf təsir mexanizmi işə düşür. Həmçinin, bu maddələr toksiki deyillər. Bütün bu elmi yeniliklər insanlara az miqdarda qəbul etməklə dərmanlardan maksimum xeyir görməyə kömək edəcək. İlk dəfə bio-nano texnologiyalardan COVID-19 əleyhinə peyvəndlərdə istifadə edildi. Yaxın zamanlardada sektorun bir çox meqa istehsalçıları tamamilə bio-nano texnologiyaya keçməsi də istisna deyildir. Azərbaycan bu trenddən
geri qalmamalı və sürətlə dəyişən, texnoloji yeniliklər tətbiq olunan əczaçılıq sektorundan faydalanmalıdır. Bunun üçün Azərbaycanın həm maddi, həm kadr, həm də təbii resursları var. Dərmanların peroral qəbulu
zamanı aktiv molekulun orqanizmə daxil olduğu andan, hüceyrələrə çatdığı ana kimi hansı mərhələlərdən keçməsinə baxaq: Qida borusundan keçən molekul mədəyə düşür və mədə turşularının təsiri nəticəsində parçalanır. Parçalanma bağırsaqlarda davam edir. Nəticədə bağırsaqlarda öd turşularının da təsiri ilə ikinci dəfə parçalanır və qana keçir. Sonrakı mərhələdə, aktiv molekullar qan vasitəsilə qaraciyərə çatdırılır. Təbii ki, parçalanma və metabolizm prosesi davam edir və molekulların necə deyərlər, “sağ qalan” hissələri qan vasitəsilə hüceyrələrə çatdırılır. İnsanın hüceyrələri yaşından, cinsindən, qidalanmasından və sağlamlığından asılı olaraq müxtəlif keçiricilik qabiliyyətində olur. İnsan hüceyrələri 30-100 nm arasında keçiriciliyə malikdir. Yəni, aktiv molekulun ölçüsü müxtəlif molekullarda müxtəlif olur. Təbii ki, intravenoz tətbiq olunan inyeksiyalarda molekulların ölçüləri çox kiçik olur və rahatlıqla hüceyrələrə keçir. Amma peroral, şam, sprey formasında qəbul edilən dərmanların və qida əlavələrinin ölçüləri böyükdür və onların çox kiçik hissəsi təyinatı üzrə “xərclənir”.

Əczaçılar uzun illər bu haqda düşünüb. Hələ keçən əsrin 70-ci illərində molekulu hüceyrənin
membranı ilə oxşar olan fosfolipid qatı ilə əhatə edib onu sfera şəklinə salmaq texnologiyasının
mümkünlüyü fikri açıqlandı. Sfera – kürəciyə liposom adı verildi. Amma bu texnologiya maddi
baxımdan çox baha olduğuna görə ideya olaraq da qaldı. Bunun əvəzinə, bioyararlılığı artırmaq
üçün müxtəlif duzlardan və qarışıqlardan istifadə olunmağa başlanıldı. Tibb şirkətləri Vitamin B9
un 1-5-metiltetrahidrofolat, B12-nin metilkobalamin, B6-nın 5 fosfat duzları vasitəsilə bioyararlılığı daha yüksək rəqəmlərə yüksəltməyə çalışırdı. Amma bu yenə də istənilən nəticələri vermədi, çünki mədə pilorisinin pH vəziyyəti, öd kisəsi duzları, qidanın keyfiyyəti və kütləsi öz təsirini göstərirdi. Düşünün ki, biz vitamin kompleksi qəbul edirik, amma aldığımız dozanın bəzən 50%-ni (B6, B12, B9 vitaminləri), bəzən 20% (Vitamin C, Vitamin D3), bəzən 10%dən aşağı (Vitamin B1), bəzi molekullarda isə sadəcə bu rəqəm
1-3%-dir (Silimarin, Resveratrol,QAYT). Bu rəqəmlər molekulun bioyararlığını göstərir. Qisa desək,
bir molekulun qəbulu ilə ondan yararlanma faizi arasındakı fərqə bioyararlılıq deyirik. Molekulun
bioyararlılığı nə qədər yüksəkdirsə, onun alış dozası o qədər aşağı, effekti o qədər güclü olacaq.
Düşünün ki, aldığımız dərman, qida əlavəsi, vitamin və mikroelementlərin faydalanmamağımız bir
yana, onlar arasında antaqonizm də var. Onların bir çoxu bir-birini ya parçalayır, ya da oksidləşdirir.

Read Previous

“ƏCZAÇILIQ MƏSULİYYƏTTƏLƏB EDƏN SAHƏDİR”

Read Next

İraq ictimai sağlamlıq problemi kimi traxomanı aradan qaldırır