Sosial şəbəkələrdə paylaş
Əczaçılar Klubu İB-nin İdarə Heyəti yerli əczaçılıq sənayesinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə Orizon Labs MMC-nin istehsal müəssisəsini ziyarət edib.
Səfər çərçivəsində müəssisənin direktoru Zamir Əliyev tərəfindən istehsal prosesləri, keyfiyyətə nəzarət sistemləri və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilmişdir.
Görüş zamanı əczaçılıq sahəsində yerli istehsalın əhəmiyyəti, innovativ yanaşmalar və peşəkar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Əczaçılar Klubu İB yerli istehsalçıların fəaliyyətini yüksək qiymətləndirir və ölkəmizdə əczaçılıq sektorunun inkişafına töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Gücümüz birliyimizdədir!





