Əczaçılıq sektorunda aktual məsələlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi!

Sosial şəbəkələrdə paylaş

11 İyun 2026 -cı il saat 14:00-da Graaf Hotel, Akt zalında “Əczaçılar Klubu” İctimai Birliyi tərəfindən səhiyyə və əczaçılıq sektorunda aktual məsələlərin müzakirəsinə həsr olunmuş dəyirmi masa uğurla baş tutmuşdur.

Dəyirmi masa “Azərbaycanda dərman təminatı zənciri: dövlət-özəl sektor əməkdaşlığı və mövcud çağırışlar” mövzusunda olmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB və Bakı Sağlamlıq Mərkəzi nümayəndələrinin iştirakı və Orizon Labs MMC-nin sponsorluğu ilə keçirilmişdir.

Dəyirmi masa çərçivəsində ölkədə dərman təminatı zəncirinin mövcud vəziyyəti, dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmləri, təchizatın dayanıqlılığı, dərman vasitələrinin əlçatanlığı, eləcə də sektorun qarşısında duran əsas çağırışlar və perspektiv inkişaf istiqamətləri müzakirə edilmişdir.Tədbir peşəkar fikir mübadiləsi, təcrübə paylaşımı və sektorlararası əməkdaşlığın gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Gücümüz birliyimizdədir!

Read Previous

Əczaçılıq sektorunda sahibkarlığın inkişafı diqqət mərkəzində!

Read Next

20 oktyabr tarixində Bakı Sağlamlıq Mərkəzində Əczaçıların VII Ümumrespublika Konfransı uğurla baş tutdu!