MENU

“Ümummilli lider HEYDƏR ƏLİYEVİN 100 illiyinə həsr olunmuş”  Beynəlxalq  Əczaçı Günü və  Respublika Əczaçılarının   4-cü konfransı 

Sosial şəbəkələrdə paylaş

5 oktyabr 2023 cü il tarixində “Əczaçılar Klubu” İB nin təşkilatçılığı ilə #Beynəlxalq#Əczaçı günü və Respublika əczaçılarının 4-cü konfransı baş tutdu. Tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmişdir. Dövlət Himninin səslənməsi ilə konfrans öz işinə başladı. Tədbirdə həm dövlət, həm də özəl qurumların nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən “Əczaçılar Klubu” İB sədri Şövqi Bunyatov qonaqları salamlayaraq konfransın işinə uğurlar arzuladı. Daha sonra konfransda çıxış edən dövlət rəsmiləri AR #Səhiyyə Nazirinin müavini #Rasimİsmayılov, #KOBİA sədri #OrxanMəmmədov, AR #Milli Məclisin Səhiyyə #Komitəsinin sədr müavini #RəşadMahmudov, TƏBİB icraçı direktorun müavini #ArazNəsirov çıxışlar edərək “Əczaçılar Klubu” İB nin işinə uğurlar arzuladılar. Daha sonra konfrans öz işini panel formatda davam etdirdi. Birinci paneldə aktual mövzu olaraq E-resept və qiymət siyasəti müzakirə edildi. Panelin aparıcısı “Əczaçılar Klubu” İB nin idarə heyətinin üzvü, idxalçı şirkətlərlə işçi qrupun rəhbəri Qurbanəli Əliyev panel iştirakçılarına fəal iştiraka görə təşəkkür etdi. İkinci paneldə müzakirə olunan yerli istehsalın biznesinin inkişafı mövzusu auditoriyanı maraqlandıran sual cavab şəklində davam etdi. Panelin aparıcısı “Əczaçılar Klubu” İB nin idarə heyətinin üzvü, istehsalçı şirkətlərlə işçi qrupun rəhbəri Rüstəm Məmmədov mövzunun aktuallığını bir daha vurğulayaraq aidiyyəti orqanlara öz minnətdarlığını bildirdi. Panellərdə AR Səhiyyə Nazirliyi, KOBİA, TƏBİB, AEM, AQTA, Tarif şurası kimi dövlət qurumları ilə yanaşı özəl sektor nümayəndələri də iştirak edirdilər. Tədbirdə o cümlədən Azərbaycan Tibb universitetinin professor müəllim heyəti, Bakı tibb kollecinin kollektivi, Gəncə Aqrar universitetinin müəllimləri iştirak edirdilər. Professor Məhbubə xanım Vəliyeva və ATU əczaçılıq fakültəsinin dekanı Fərəh Mədətli çıxışlar edərək belə mötəbər tədbir üçün “Əczaçılar Klubu” İB nə minnətdarlıqlarını bildirdilər. Tədbirdə 600 dən çox qonaq iştirak edirdi.

Gönderiyi Öne Çıkar

Read Previous

“Ümumdünya Sağlamlıq Təminatı”

Read Next

17-ci TechNet Konfransı