MENU

“Əczaçılıqda Peşəkarlığa doğru” təcrübə proqramının ilk turu başa çatmışdır

Sosial şəbəkələrdə paylaş

“Əczaçılar Klubu” ictimai birliyi, AVİS apteklər şəbəkəsi və Azərbaycan Tibb Universiteti Əczaçılıq Fakultəsinin birgə təşkilatçılığı ilə keçirilən “Əczaçılıqda Peşəkarlığa doğru” təcrübə proqramının 1-ci qrup üzrə müddəti başa çatmışdır. İştirakçı tələbələr 3 ay müddətində AVİS apteklər şəbəkəsinin filiallarında öncədən tərtib olunmuş proqram əsasında praktiki təlimlər, həftə sonları isə “Əczaçılar Klubu” ictimai birliyinin peşəkar təlimçiləri tərəfindən nəzəri təlimlərə qatılmışdılar. Tələbələr mütəmadı olaraq təlimçilər tərəfindən imtahan olunurdular.

06 iyul 2023 tarixində layihənin 1- ci hissəsinin nəticəsi olaraq təşkil olunmuş tədbirdə “Əczaçılar Klubu” ictimai birliyinin sədri Şövqi Bunyatov çıxış edərək layihəni böyük uğur hesab etdi və bu layihənin davamlı olacağına inandığını bildirdi.

Tədbirdə çıxış edən ATU əczaçılıq fakültəsinin dekanı Fərəh xanım Mədətli bildirdi ki, belə layihələr əczaçı tələbələrdə ruh yüksəkliyi yaratmaqla yanaşı onlarda öz peşələrinə rəğbətin də artmasına səbəb olur ki, bu da vacib faktordur.

Daha sonra AVİS apteklər şəbəkəsinin rəhbəri Sait Yınanc çıxış edərək bu kimi tədbirlərin önəmini qeyd etdi və AVİS apteklərinin belə layihələrə daim açıq olduğunu bildirdi. Tədbirdə o cümlədən “Əczaçılar Klubu” ictimai birliyinin təlim tədris komitəsinin rəhbəri Elmar Babayev, təlimçilər və iştirakçı tələbələr də çıxış edərək yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Sonda iştirakçı tələbələrə sertifikatlar təqdim olundu.

Read Previous

Rəqəmlərlə Səhiyyə

Read Next

“İdeal əczaçı necə olmalıdırsa,biz də onu göstərməliyik”