MENU

“ƏCZAÇILIQ MƏSULİYYƏTTƏLƏB EDƏN SAHƏDİR”

Sosial şəbəkələrdə paylaş

Azərbaycandan ölkə xaricində fəaliyyət göstərən xeyli sayda tibb işçiləri var. Onların hamısı müxtəlif vaxtlarda və müəyyən iş təklifləri ilə ölkə xaricində fəaliyyət gösrərirlər. Belə tibb işçilərindən biri də Türkiyənin Bursa şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olan Rəhim Rəhimovdur.
“Bu sahəyə gəlişimdə əsasən atam rol oynayıb. Atam işdən sonra evdə də xəstələri qəbul edirdi.
Xəstəlikdən sağalan insanların nə qədər xoşbəxt olduğunu görürdüm və bu da məndə tibb sahəsinə sevgi yaradırdı. Əczaçılıq məsuliyyət tələb edən sahədir. Ola bilər ki, həkim xəstəyə dərmanı səhv dozada yaza bilər. Reseptdə həkim məsuliyyət daşısa da, reseptdəki dərmanları xəstəyə verərkən məsuliyyət birbaşa əczaçının üzərində qalır”, –deyə həmsöhbətimiz sözə başlayır.

Rəhim bəy dünyanın hər yerində dərmanların eyni olduğunu, lakin müxtəlif ölkələrdə aptek sisteminin fərqli olduğunu bildirir. Onun çalışdığı aptekdə iş bölünüb. “Türkiyədə həm dövlət, həm də onlarca özəl sığorta şirkəti var. Mən burada resept nəzarəti şöbəsində işləyirəm, sığrota ilə ödənən reseptləri lazımı qaydada sənədləşdirib aidiyyatı sığorta şirkətinə karqo vasitəsilə göndərirəm. Buradakı apteklərin 99 faizi dövlət sığortası ilə müqaviləli işləyir. Burada insanların əksəriyyəti sığortalıdır. Bildiyim qədərilə artıq Azərbaycanda da bu addımlar atılır. Bu yay mən Azərbaycanda idim. Bu sahədə böyük işlər görüldüyünün şahidi oldum”. Türkiyə Respublikasındakı sığorta sistemi haqda məlumat verən əczaçı soydaşımız qeyd edir ki, dərmanlar üzrə əsas iş mexanizmi belədir: xəstə həkimin qəbuluna gedib müayiənlərdən keçir, həkim ona qısamüddətli müalicə yazırsa, keçib gedən, tez sağalan xəstəliklərdə dərmanların 80 faizi sığorta tərəfindən ödənir, 20 faizi isə xəstə tərəfindən nəğd və ya elektron olaraq ödənilir (əgər xəstə
təqaüd alan şəxsdirsə, onda 90 faizi sığorta tərəfindən, 10 fazi isə xəstənin təqaüdündən kəsilərək
aptekə ödənir). Amma xroniki xəstəliklərdə isə bu, bir az fərqlidir. Məsələn, şəkərli diabet xəstəliyi kimi xəstəliklərdə həkimin təyinatı əsasında xəstə bu dərmanı 1-2 il qəbul etməlidir ki, bu, artıq qeydiyyatlı dərman siyahısına aid olur. Belə halda isə xəstə pul ödəmir, məbləğ 100 faiz sığorta tərəfindən ödənilir. Əgər dərman xaricdən idxal olunursa və qiyməti yerli istehsal olan (ola bilsin ki, bir müalicə üçün lazım olan dərmanlardan yerli istehsal olmasın, bu zaman da yenə eyni tərkibli və fərqli firmalara aid dərmanlardan minimum qiyməti təkilf edən firmanın dərmanı əsas götürülür) dərmanlardan bahalıdırsa, o zaman qiymət fərqini xəstə ödəyir. “Əgər müayinə və dərman ödənişlərini müqayisə etsək, müayinə ödənişləri daha çox maliyyə tələb edir, ancaq bəzi xəstəliklər– məsələn, onkoloji xəstəliklər bahalı müalicə tələb edən xəstəliklərdir. Türkiyədə elə reseptlər olur ki 1 aylıq müalicə, Azərbaycan manatı ilə 2-3 min manat arası vəsait tələb edir. Bu məbləği sığorta ödəyir, bu, şəxsin öz üzərinə düşərsə, böyük bir yük təşkil edər. Ümid edirəm ki, Azərbaycanda da yaxın vaxtlarda dərman ödənişləri də sığorta tərəfindən tam şəkildə ödənməyə başlayacaq”. Türkiyədə də Əczaçı Odaları fəaliyyət göstərir Rəhim bəy Azərbaycanda “Əczaçılar Klubu” Birliyinin yaradılmasından çox sevindiyini bidlirir: “İxtisas sahibi dostlarımın bir arada
birləşməsi çox gözəldir. İnanıram ki, bu Klub daha çox işlər görəcək. Türkiyədə böyük şəhərlərdə Bölgə Əczaçıları Odaları var. Onlar da Ankarada Türk Əczaçılar Birliyinə bağlı qurumlardır. Bu Odalarda xeyli sayda əczaçı toplanıb hər hansı bir məsələdə bir-birinə dəstək verirlər. Əminəm ki, Azərbaycanda buradakılardan da təkmil bir sistem yaradılacaq. Belə birliklər insanlara mənəvi cəhətdən çox yaxşı təsir edir. Yaxşı olardı ki, birlik üzvləri illik üzvlük haqqı ödəsinlər. Belə olduqda, Birliyin özünün büdcəsi formalaşar. Bu maliyyə qaynağından üzvlər də faydalanar. Biz də burada Əczaçılar Odalarına illik üzvlük
haqqı ödəyirik”. Elektron reseptdəki səhvi görməsəydim…. O, Azərbaycandakı həmkarlarına texnoloji yenilikləri apteklərdə tətbiq etmələrini tövsiyə edir.
“Bu, eyni zamanda həm apteklərin, həm də xəstələrin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir. Məsələn, son vaxtlar elektron reseptlər formalaşıb. Yeni texnoloji sistem bu elektron reseptlərdəki insan səhvlərini dərhal bildirir. Bəzən elektron reseptləri yazarkən texniki səhv də gedə bilir. Elektron reseptlərdə belə bir səhvlə qarşılaşmışdıq. Həkim, ibuprofen 200 mg və “psödoefedrin hidroklorür” 30 mg kombinasyalı bir dərmanı 4×1 yazmaq istəmişdi, amma texniki səhv səbəbindən 4×21 olaraq yazılmışdı. Təbii ki, əczaçı buna diqqətlə baxmasa, neqativ hallar ola bilər. Türkiyədəki reseptlərlə Azərbaycandakı reseptləri fərqlərindən ən əsas hal dərmanların istifadəsinin yazılma qaydasındadır. Məsələn, Azərbaycanda reseptlərdə yazılır ki, ibuprofen 400 mg tab. 1×3 – yəni, 1 tablet gündə 3 dəfə, amma
Türkiyədə bu, tam əks məna verir. Yəni, 1×3 yazılıbsa, gündə 1 dəfə 3 tablet deməkdir. Ən böyük
fərqlərdən biri budur, ola bilər ki, Türkiyədən gələn reseptlər olarsa, yəni orada yazılanları birbaşa
tətbiq etməməli və ehtiyac olarsa, həkim ilə əlaqə saxlanmalıdır. Son olaraq, Azərbaycandakı bütün həmkarlarıma salamlarımı vədualarımı çatdırıram, onlara işlərində uğurlar arzulayıram”, – deyə
Rəhim bəy sözünü tamamlayır.

Read Previous

ÜST Ümumdünya Hepatitlə Mübarizə Günündə “Bir həyat, bir qaraciyər” kampaniyasına start verir

Read Next

BİOTEXNOLOJİ DƏRMANLAR VƏ MÖVCUD DƏRMANLARIN GƏLƏCƏYİ